Dünya

Moskvadakı hoteldə yanğın: Ölən və xəsarət alanlar var – VİDEO

Sharing is caring!

Moskvanın mərkəzində Beynəlxalq küçəsində 16 mərtəbəli “Moskabelmet” hotelin və keçmiş qonaq evinin yerləşdiyi binada baş verən yanğında bir nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Yaralananların xəstəxanaya yerləşdirildiyi bildirilib.

Ümumilikdə yanan binadan 50-yə yaxın insan xilas edilib, onlardan bəziləri həkimlər tərəfindən müayinə olunur.

“Ola bilər ki, zərərçəkənlərin sayı artsın”, – deyə tibb xidmətlərindən bildirilib.

Zərərçəkənlərlə bağlı məlumatı Fövqəladə Hallar Nazirliyi də təsdiqləyib və əlavə edib ki, 200 nəfər binadan çıxarılıb.

Hadisəyə sakinlərdən birinin dəhlizdə öz əşyalarına od vurnması səbəb olub.

İnsident polis tərəfindən araşdırılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir