Cəmiyyət

İdarə rəisi: “Ötən illə müqayisədə hesabatların sayında artım var”

Sharing is caring!


“Dövlət qurumlarının informasiya sisteminin auditi zamanı bu ilin birinci yarısında informasiya ehtiyatında aşkarlanan boşluqlar üzrə 373 hesabat hazırlanıb”. 

Oxu.Az-ın məlumatına görə, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda keçirilən dövlət qurumlarının İT rəhbərlərinin II zirvə toplantısında deyib. 

Onun sözlərinə görə, müvafiq hesabatlarla dövlət qurumlarına müraciət edilib:

“Boşluqların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Ötən illə müqayisədə hesabatların sayında artım var. Bu, aparılan auditlərin sayının artırılması ilə bağlıdır”. 

O qeyd edib ki, dövlət informasiya ehtiyatlarında yenilənmələr gec aparıldığı üçün nəticədə bəzi boşluqların yenidən yaranması halları da var.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir