Cəmiyyət

Mingəçevirdə süd və süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlandı – FOTO

Sharing is caring!


Mingəçevirdə süd və süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı şəhərin H.Hüseynov küçəsi, 6 ünvanında fiziki şəxs Camalov Ruslan Valeh oğluna məxsus müəssisədə qida təhlükəsizliyinə dair normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Müəssisədə sanitar-gigiyenik tələblərə əməl olunmadığı, məhsulların istehsalı və emalı zamanı baytarlıq sanitariya tələblərinin gözlənilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, həmçinin süd və süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir