Cəmiyyət

Milli birliyimiz və həmrəyliyimiz sarsılmazdır

Sharing is caring!

 “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də xalqın istəyinə əməl etdi. Biz Azərbaycan vətəndaşları antiterror tədbirlərini son dərəcə vacib, həyati məsələ hesab etmişik və bu gün də  cənab İlham Əliyevin rəhbərliyi ilə sübuta yetiririk ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik!      

Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız kimi antiterror tədbirlərimiz də şanlı qürur mənbəyimiz olaraq qalacaq. Vətən müharibəsində olduğu kimi, bu dəfə də bütün vətəndaşlarımız, ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Odur ki, antiterror tədbirlərin görülməsi qaçılmaz oldu.

Təəssüf ki, hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalmış “trio” – Vətənsevər siyasi qüvvələrin Bəyanatına imza vurmaqdan imtina etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirdilər.

 Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı.Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirmişdir.

Bu, xalq-iqidar-ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamının qələbəsidir. Çünki Ali Baş Komandanın apardığı siyasət düzgün siyasətdir, ölkə Prezidentimizin uğurlu siyasəti haqq işidir. Ali Baş Komandanın əmrini icra edən Azərbaycan Ordusu və rəhbərin ətrafında birləşmiş xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bilir. 

                                                                                                          Rahib Kərimov

                                  Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir