Siyasət

Hikmət Hacıyev: “Bizim məqsədimiz Qarabağın erməni sakinlərinin sülh şəraitində reinteqrasiyasıdır”

Sharing is caring!


“Azərbaycan reinteqrasiya üçün əlindən gələni edəcək. Bizim məqsədimiz Qarabağın erməni sakinlərinin sülh şəraitində reinteqrasiyasıdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, ölkəmiz Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılmasının tərəfdarıdır:

“Azərbaycan ərazisində 10 minlik erməni hərbi qüvvəsinin olması yolverilməzdir. Bir neçə gün əvvəl Qarabağda mina partlaması nəticəsində polis zabitləri və mülki vətəndaşlar həlak oldular. Nəticədə Azərbaycan lokal antiterror tədbirlərini həyata keçirməyə məcbur oldu”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir