Cəmiyyət

Sinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb – FOTO

Sharing is caring!


İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf energetika, xammal və əlvan metal sahələrində fəaliyyət göstərən “Trafigura Pte Ltd” şirkətinin baş icraçı direktoru və sədri Ceremi Veir ilə görüşüblər.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti, özəl sektor üçün yaradılan imkanlar qeyd olunub. Bildirilib ki, qlobal çağırışlara uyğun olaraq, təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çev­rilmə Azərbaycanda əsas prioritetlərdəndir. İqtisadiyyat naziri həmçinin, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr, onların icra vəziyyəti barədə məlumat verib. “Trafigura Pte Ltd” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının bərpa olunan enerji, hasilat və alüminium istehsalı sahəsində Sinqapur təcrübəsinin tətbiqi baxımından əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində “Trafigura Pte Ltd” şirkəti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və şirkətin baş icraçı direktoru və sədri Ceremi Veir imzalayıblar. Görşüdə həmçinin, “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə “Trafigura Pte Ltd” şirkəti arasında da Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə və şirkətin baş icraçı direktoru və sədri Ceremi Veir imzalayıblar.

Sənədlərdə, bərpa olunan və yaşıl enerji, dekarbonizasiya, alüminium istehsalı və digər istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdə tutulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir