Cəmiyyət

Bakıda divar uçdu: Avtomobilə ziyan dəydi – VİDEO

Sharing is caring!


Bakıda su sızması səbəbindən divar uçub.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu Aydın Məmmədov küçəsi, 76-84 ünvanında baş verib. Vətəndaşlar iddia edirlər ki, hadisə nəticəsində yaxınlıqda park halında olan avtomobillərə ziyan dəyib. 

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Səbail Rayon Su Kanal İdarəsindən bildirib ki, sözügedən ünvanda quruma aid heç bir su xətti yoxdur:

“Əraziyə idarənin əməkdaşları tərəfindən baxış keçirilib. Baş verən hadisənin ərazidə yaşayan sakinlərdən birinin su çənindən sızıntı ilə əlaqəli olduğu ehtimal edilir. Ərazidə quruma aid heç bir su xətti mövcud deyil”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir