Siyasət

Namizədliyi təsdiq edilmiş şəxslərin siyahısı MSK-nın saytında yerləşdirilib

Sharing is caring!


Namizədliyi təsdiq edilmiş şəxslərin siyahısı və haqqında məlumatlar Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilib. 

Oxu.Az xəbər verir ki, 2024-cü il növbədənkənar prezident seçkisində iştirak etmək istəyən şəxslərdən indiyə qədər 16 nəfərin namizədliyi təsdiq edilib. 

Belə ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən nazmizədliyi irəli sürülən İlham Əliyevin, dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin, dekabrın 26-da namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliklərinin irəli sürülməsini təsdiqləyib. 

MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. 

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir