Dünya

Ermənistanın Rusiya ilə quru əlaqəsi tamamilə kəsildi – FOTO

Sharing is caring!

Gürcüstan leysan yağışları səbəbilə Rusiya Federasiyası ilə sərhədi müvəqqəti bağlayır.  

Bu barədə respublikanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Yuxarı Lars ərazisində bu gün Terek çayında yaranan selə görə Gürcüstan-Rusiya sərhədi istiqamətində yol bağlanıb.

“Güclü yağışlar nəticəsində Terek çayı məcrasından çıxıb və Gürcüstanla Rusiya arasındakı avtomobil yolunu dağıdıb”, – deyə Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib.

Mtsxeta-Stepantsminda-Lars yolunun 136-cı kilometrliyindəki hissəsi zədələnib.

Qeyd edək ki, həmin yol Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru magistraldır.

Mənbə: Sputnik-georgia

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir