Cəmiyyət

Masazırda onmərtəbəli yaşayış binasında yanğın olub, səkkiz nəfər təxliyə edilib

Sharing is caring!


Masazırda onmərtəbəli yaşayış binasında yanğın olub, səkkiz nəfər təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan iki otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir