Cəmiyyət

Şəmkirin Kür qəsəbəsində 200-ə yaxın ailə su problemi yaşayır – FOTO

Sharing is caring!


Şəmkir rayonunun 10 min nəfərdən çox əhalisi olan Kür qəsəbəsinin bir hissəsində içməli suyun verilməsi bir neçə gündür ki, dayandırılıb.

Sakinlər “Report”un Qərb bürosuna bildiriblər ki, bir həftəyə yaxındır ki, qəsəbədə 200-ə yaxın ailənin yaşadığı hissədə fərdi evlərə tam olaraq, binalara isə qismən içməli su verilmir. Problemin yaranmasına səbəb kimi su çənindən ayrılan borunun, həmçinin nasoslardan birinin sıradan çıxması göstərilir.

Qəsəbə sakinləri məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ ki öz həllini tapmayıb.

Şəmkir rayon Su-Kanal Sahəsinin rəisi Vüqar Əliyev deyib ki, məsələdən xəbərdardır və bununla bağlı işlərə başlanılıb.

“Suyun verilməsi üçün lazımi işlərə başlanılıb. Sabah günün ikinci yarısına qədər yaranmış fəsadların aradan qaldırılması və suyun verilişi nəzərdə tutulub”, – deyə V.Əliyev bildirib.

Qeyd edək ki, sıradan çıxmış borudan axan su küçələrə və qəsəbənin 1 saylı tam orta məktəbinin həyətinə axır. Bu vəziyyət isə məktəblilər və sakinlər üçün əlavə çətinlik yaradıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir