Cəmiyyət

Dəhşətli qəza: “Sürətlə hərəkət edən maşın DYP avtomobillərini əzdi” – VİDEO

Sharing is caring!


Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Hava limanı istiqamətində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan “Toyota Corolla” markalı avtomobil DYP-nin xidmət maşınına çırpılıb. 

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında qəzada ölüm hadisəsinin olmadığını bildirib:

“Qəza ötən gün axşam saatlarında Buzovna yolu istiqamətində qeydə alınıb. Arxadan gələn “Toyota Corolla” markalı avtomobil, DYP-nin xidmət avtomobilinə çırpılıb. Ölüm və xəsarət yoxdur. Maddi ziyan var. Araşdırma aparılır”.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir