Kriminal

Keşlədə Çin vətəndaşı həmvətəninə xəsarət yetirib

Sharing is caring!


İyulun 14-də Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən yataqxanada Çin Respublikasının vətəndaşları arasında mübahisə baş verib. Nəticədə 1983-cü il təvəllüdlü Yuan Tiangang 1975-ci il təvəllüdlü Pan Yuan Liangı dəmir parçasıyla vuraraq sonuncuya bədən xəsarəti yetirib.

“Report” xəbər verir ki, Yuan Tiangang şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir