Mədəniyyət

“Xəzər üzərində yelləncək” filminin premyerası olacaq

Sharing is caring!


“Xəzər üzərində yelləncək” filminin premyerası olacaq.

Eyniadlı romanın ssenarisi əsasında çəkilən ekran işində baş rolları əsərin müəllifi Mariya Suvorovskaya, Rusiyada yaşayan azərbaycanəsilli aktyor Emil Həsənzadə və aktrisa Duyğu Dəvəli canlandırıblar.

Filmdə bəhs olunan hadisələr Bakıda cərəyan edir. Süjetin mərkəzində klassik sevgi üçbucağı mövzusu var: Taşa – Ruslan – Leyla. Filmdə baş verən proseslər bir daha sübut edir ki, insanlar arasında mental və mədəni fərqlər həqiqi sevgiyə və xoşbəxtliyə mane ola bilməz.

Azərbaycan, Rusiya və digər MDB ölkələrində təqdimatı olacaq “Xəzər üzərində yelləncək” “Biznes-dialoq media” şirkətinin sifarişi ilə “Caspian Media Group” tərəfindən çəkilib.

Filmin rejissoru Qulu Əsgərov, baş prodüseri Hüseyn Cavadzadə, ssenari müəllifi Nicat Dadaşov, operatoru Rauf Qurbanəliyev, ekranlaşdırmanın ideya müəllifi Səadət Qarayevadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir