Cəmiyyət

Heydər Əliyev Fondu Yevlax rayonunun Xanabad kəndində yeni məktəb istifadəyə verib – FOTO

Sharing is caring!


1978-ci ildə inşa olunmuş Yevlax rayonunun Xanabad kəndindəki tam orta məktəb artıq köhnəldiyindən istifadəyə yararsız vəziyyətdə idi. Heydər Əliyev Fondu yeni tədris ilinə Xanabad kəndi üçün 360 şagird yerlik yeni məktəb inşa edərək istifadəyə verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, məktəbin açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Rəşad Xanlarov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, həmçinin məktəbin kollektivi, kənd sakinləri iştirak ediblər.

Bildirilib ki, üçmərtəbəli 4 korpusdan ibarət olan təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir