Cəmiyyət

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bir neçə rayonda qaz olmayacaq

Sharing is caring!


Sabah bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, sabah saat 09:00-dan “Qusar-2” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti ilə “Şahdağ TK(QPS)” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttinin əlaqələndirilməsi və “Zabrat 1” ölçü qovşağı üzərində quraşdırılmış baypas xəttin birləşmə işləri, həmçinin saat 10:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən “Ağcabədi” QPS-də ölçü qovşağının giriş və çıxış xətləri üzərində olan yararsız siyirtmə və kranın əvəzlənməsi ilə bağlı qaz təchizatının dayandırılması planlaşdırılır.

“Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonunun Zabrat və Balaxanı qəsəbələrinin, həmçinin Qusar (böyük hissəsi) və Ağcabədi (tam olaraq) rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – deyə məlumatda qeyd edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir