Dünya

Türkiyədə təhsil alıb Ruandanın ən gənc qadın pilotu oldu – FOTO

Sharing is caring!


Ruanda Hava Qüvvələrinin 2-si qadın olmaqla 20 tələbəsi Türkiyədə 2 il müddətində aldıqları pilot təhsilini uğurla başa vurublar.

AYJET Uçuş Məktəbində təhsilini başa vuran 20 yaşlı qadın pilot Coan Muqabo ölkənin ən gənc qadın pilotu olub.

“Bu prosesin nəticəsində ölkəmizə qayıdıb hava qüvvələrində və mülki hava yollarında  işləməkdən çox xoşbəxtəm. Biz ölkəmizdə ilk qadın pilot deyilik, lakin bu sahədə təhsil alan ilk qadınlarıq. Biz yeni nəsillərə daha çox rahatlıq yaradacaq və nümunə göstərəcəyik. Hisslərim çox qarışıqdır, çox xoşbəxtəm, amma Türkiyədən ayrıldığım üçün çox üzülürəm. Biz burada 2 il ərzində çox gözəl vaxt keçirdik. Çətin məqamlar oldu, amma bu məqama çatdığım üçün çox xoşbəxtəm. Kişilərin üstünlük təşkil etdiyi sənayedə qadın olmaqdan qürur duyuram. Bu, qadın pilot namizədlərin gələcək nəslini həvəsləndirəcək. Türkiyəyə təşəkkür edirəm”, – deyə gənc bildirib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir