Siyasət

İrəvanda oturub araqarışdıran İran səfiri və Tehranı gözləyən Fransa şilləsi – ŞƏRH + FOTO

Sharing is caring!

Səfirlər ölkələr arasında münasibətlərin normallaşmasına, sülhə xidmət edir. Adətən onlar daha humanist peşə sahibləri sayılırlar.

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan görünür, bu peşəyə xəyanət etmək üçün diplomatiya ilə məşğul olur.

Azərbaycanla Ermənistan arasında münasibətlər üçüncü qüvvənin müdaxiləsi səbəbindən uzun illərdir normallaşmır. Son zamanlar bu sıraya İran rejimi də fəal şəkildə qoşulub.

44 günlük müharibədən sonra Azərbaycan Ermənistana normallaşma prosesi ilə bağlı sülh təklifi təqdim edib. Rəsmi İrəvan prinsipcə bu təkliflərə qarşı olmadığını bildirib. Zəngəzur dəhlizi ilə bağlı məsələ də ölkələr arasında həllini gözləyən vacib məsələdir. Ermənistan onun həllinə yaxınlaşmaq istəyəndə Tehran qıcıqlandırıcı çıxışları ilə yeni problem yaradır.

Qışda və əlverişsiz hava şəraitində Ermənistan yürütdüyü siyasət və iddiaları ucbatından özünü blokadaya salır. Çünki Gürcüstandan keçən yeganə yol bağlanır. Yaxud İranla Ermənistanı birləşdirən yol sərt hava şəraitində keçilməz olur. Məsələn, fevralın 9-da İranın bir neçə avtomobili, o cümlədən yük maşını Cermuq şəhərində yol sürüşkən olduğu üçün mənzil başına çata bilməyib.

Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan avtomobil yollarının qış aylarında və çətin hava şəraitində keçilməzliyindən danışaraq kommunikasiya xətlərinin açılmasına eyham vurub.

Bu, Zəngəzur dəhlizinin daha çox Ermənistana faydalı olacağını deməyə əsas verir.

Abbas Bədəxşan isə “İran və Ermənistan belə bir dəhlizin yaranmasına imkan verməyəcək” deməklə Tehran rejimini erməni xalqının dostu kimi göstərməyə səy edir. Əslində isə Tehran rejimi öz çirkin niyyətini Ermənistanın arxasında gizlətməklə həyata keçirməyə cəhd göstərir.

Bədəxşan da bunu açıqlayıb. Səfir az qala Ermənistanın yerinə çıxış edir: “Biz qarşı tərəfdən (Azərbaycanı nəzərdə tutur- red.) təşəbbüsün irəli sürülməsinə icazə verməməliyik. Əksinə, biz özümüz təşəbbüs göstərməliyik”.

O, dəhlizin açılması ilə bağlı təşəbbüsünü Azərbaycan tərəfdən irəli sürulməsinə qarşı çıxaraq, onun açılmasına “imkan verməməliyik” deyib.

Səfir bununla regionda özünü söz sahibi kimi göstərməyə səy edir. Bir də Tehran təmsilçisi Ermənistandakı mülki müşahidə missiyası adı altında fəaliyyət göstərən Fransanın qarışıq məqsədli nümayəndələrini görməzlikdən gəlir.

Fransanın Ermənistanda görəcəyi işlər birbaşa İrandakı rejimin əməllərini izləməyə yönəlib. Nəzərə almaq lazımdır ki, Tehran rejiminin qatı əleyhdarı olan Xalq Mücahidləri Təşkilatının əsas qərargahı Fransada yerləşir.

Fransa Ermənistandakı fəaliyyəti ilə Tehran rejiminin sağrısını hələ uzun zaman şillələyəcək.

Bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyətini gizlədib, Ermənistan-Azərbaycan arasında yeni gərginlik ocağı yaratmağa çalışan səfir yaxşı olar ki, Fransanın onu şapalaqlayacaq yerini qorusun.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir