Cəmiyyət

Metroda qeyri-adi təlim və tövsiyə: “Hansı qapıdan minməyin daha əhəmiyyəti yoxdur” – FOTO

Sharing is caring!


“Peşəkar kadrlar işin keyfiyyətinin artmasına səbəb olan əsas amildir. Bölgələrdən gələn tələbələrin təbii olaraq paytaxtda ünvan başına çatmaq üçün istiqamətlərin düzgün seçilməsində bir sıra çətinliklər yaşadığını ötən illərdən müşahidə etmişik. Bu səbəbdən də sentyabrın 15-dən oktyabrın sonuna qədər metropolitendə eskalatorlardan düzgün istifadədən tutmuş, platformalarda qatarların qapısına hansı məsafədə dayanmağa qədər əməkdaşlarımız tərəfindən təhlükəsizlik tədbirlərinə nəzarət gücləndiriləcək”.

Oxu.Az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov televiziya verilişlərinin birində qonaq olarkən deyib.

O bildirib ki, bütün bunlar və oktyabrdan sonrakı mərhələ ilə bağlı tədbirlər davam etdiriləcək:

“İşçi qüvvəsinin peşəkarlığının artırılması üçün sentyabrın əvvəlindən artıq təlimlər başlayıb. Xüsusilə stansiya işçiləri bu təlimlərə cəlb edilir. Onlara müvafiq tövsiyələr verilir. Gün ərzində mütləq şəkildə yüzlərlə insanın təzyiqi altında çalışacaqlar. Ola bilər ki sinir sistemləri gərilə bilər, əsəbləri dözməyə bilər. Bununla bağlı onlara təlimlər keçirilir. İş saatlarında metropoliten işçilərinin operativ reaksiyası çox önəmlidir”.

B.Məmmədov metropoliten işçiləri ilə yanaşı sərnişinlərin də metrodan istifadə zamanı öz öhdəliklərini yerinə yetirmələri xahiş edilir:

“Əsas xahişimiz 2 dəqiqə intervalla hərəkət edən qatarların qapılarını saxlamasınlar. Yeni qatarların sayı artdığı üçün artıq vaqonlara hansı başdan minmələri önəmli olmayacaq. Bu yeniliklər sərnişinlərin metrodan istifadəsini daha da rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq üçün həyata keçirilib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir