Cəmiyyət

Hacıqabulda evdə yanğın olub, zərərçəkən var

Sharing is caring!


Hacıqabulda evdə yanğın olub, zərərçəkən var.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hacıqabul rayonunun Navahı qəsəbəsində ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin zirzəmisində 20 kvadratmetr sahədə yığılan yun və taxta tullantıları yanıb, yüksək temperaturdan zirzəminin tavanının taxta atmaları qarsalanıb.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir