Cəmiyyət

Küçədə gecələyən ana xəstəxanaya, uşaqlar sığınacağa yerləşdiriliblər – VİDEO

Sharing is caring!


Bakıda ev sahibi tərəfindən küçəyə atılan ailənin görüntüləri yayılıb.

Oxu.Az-ın məlumatına görə, onkoloji xəstəlikdən əziyyət çəkən qadın, üç uşağı və anası ilə birlikdə küçədə, parklardan birində gecələməli olub.

Ailənin görüntüləri sosial şəbəkələrdə yayılıb və polis əməkdaşları tərəfindən dərhal tədbir görülüb. 

Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən küçədə gecələyən ailə nəzarətə götürülüb. 

Ailə üzvlərindən bir nəfər müalicə almaq üçün müvafiq xəstəxanaya, azyaşlılar isə aidiyyəti dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə sığınacağa yerləşdiriliblər.

Aysel Aslan 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir