Cəmiyyət

Şuşa şəhərciyindəki evdən yeddi min manat oğurlayan şəxs TUTULDU

Sharing is caring!

Ramana qəsəbəsinin Şuşa şəhərciyindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Ramana qəsəbəsinin Şuşa şəhərciyindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin qohumu – Yevlax rayon sakini N.İmamquliyev saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir