Dünya

Braziliya prezidenti Putinlə bağlı bəyanatını geri götürdü: “Məhkəmə sistemi qərar verəcək”

Sharing is caring!


“Braziliya Putinlə bağlı qərar vermək üçün Beynəlxalq Cinayət Məhkəməsinə üzvlük məsələsini və öz məhkəmə sistemini yenidən nəzərdən keçirməlidir”.

Bu barədə Braziliya Prezidenti Luis İnasiu Lula da Silva bildirib. 

Braziliya Prezidenti Lula da Silva rusiyalı həmkarı Vladimir Putinin Braziliyada keçiriləcək növbəti G20 sammitində həbs olunmayacağı ilə bağlı bəyanatını geri götürüb.

Da Silvanın sözlərinə görə, o, Putinin ölkəyə səfər edəcəyi təqdirdə Braziliya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunmayacağına əmin deyil. O, qərarların hökumət tərəfindən deyil, Braziliya məhkəmə sistemi tərəfindən verildiyini deyib.

“Rusiya Prezidenti Vladimir Putin gələn il Cənubi Amerika ölkəsində keçiriləcək G20 sammitinə qatılacağı təqdirdə onun həbs edilib-edilməyəcəyinə Braziliyanın məhkəmə sistemi qərar verməli olacaq”, – deyə Luis İnasiu Lula da Silva qeyd edib.

Xatırladaq ki, bundan əvvəl da Luis İnasiu Lula da Silva Putini Braziliyada keçiriləcək G20 sammitinə dəvət etmiş və həmçinin özünün Rusiyada keçiriləcək sammitə getmək arzusunu bildirmişdi. O qeyd etmişdi ki, Rusiya prezidenti asanlıqla Braziliyaya gələ bilər, çünki ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmasına baxmayaraq, o, prezident kimi Putinin təhlükəsizliyinə zəmanət verəcək. 

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir