Cəmiyyət

Bu il Bakı məktəblərində metodist xidmətinin pilot tətbiqinə başlanılacaq

Sharing is caring!


“Bu il Bakı məktəblərində metodist xidmətinin pilot tətbiqinə başlanılacaq”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, növbəti ildən isə sertifikasiya nəticələrinə əsaslanaraq yüksək bal toplayan təhsil işçilərinin digər müəllimlərə dəstək tədbirinə başlanılacaq.

E.Əmrullayev vurğulayıb ki, Azərbaycan dili fənni ilə bağlı problemlər kifayət qədərdir:

“Bu fənn üzrə şagirdlər oxuyub-anlama, dinləmə və digər bacarıqlara malik olmalıdırlar. Bu fəndən yüksək nəticə göstərən abituriyent bəzən bir səhifəlik esseni yaza bilmir, ya da başa sala bilmir. Sadə görünə biləcək dil fənninin metodikası və məzmunu ilə bağlı müzakirələr dərindən aparılmalıdır. Məzmunla bağlı ciddi islahatlara ehtiyac var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir