Dünya

Rusiyalı qadın qarpız yedikdən sonra ölüb

Sharing is caring!


Rusiyanın Moskva şəhərində 47 yaşlı qadın qarpız yedikdən sonra ölüb.

Verilən məlumata görə, rusiyalı qadın qarpızı metronun “Sportivnaya” stansiyasının yaxınlığındakı pərakəndə satış məntəqəsindən alıb. Evdə onu yedikdən sonra qadın özünü pis hiss edib. O, qusmağa başlayıb, lakin təcili yardım çağırmayıb.

Bir müddət sonra qadının vəziyyəti pisləşib. Bu zaman artıq qadının anası təcili yardım çağırıb, lakin onu xilas edə bilməyiblər.

Qadının yediyi qarpız ekspertizaya göndərilib.

Mənbə: Moslenta

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir