Cəmiyyət

Göygöldə “KamAz”la VAZ toqquşdu: Ölən və yaralananlar var

Sharing is caring!


Göygöl rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, VAZ-21015 markalı avtomobilin “KamAz” markalı yük maşını ilə toqquşması nəticəsində bir nəfər ölüb. Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Xalay Malik oğlu Tahirli, 1998-ci il təvəllüdlü Bayram Vəli oğlu Məmmədov və onların həmyaşıdı Elgün Mübariz oğlu Hüseynli xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir