Cəmiyyət

Eldəniz Vəliyev: “Təbii qaz istifadəçisi olan iki milyondan çox abonent qapılarını üzümüzə açmır”

Sharing is caring!


“Bu gün təbii qaz istifadəçisi olan iki milyondan çox abonentin qapısını döyürük, qapılarını açan olmur, bu da işin gedişatını ləngidir. Yaxın zamanda “Azəriqaz” İB-nin əməkdaşları 2 milyon yarım abonentə xidməti məsafədən həyata keçirəcəklər”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri “Azəriqaz” İB-nin Mətbuat Xidmətinin rəisi Eldəniz Vəliyev deyib. O bildirib ki, artıq Yaşma bağlarında sözügedən pilot layihə həyata keçirilir:

“Sözügedən layihənin üstünlükləri var. Bu yeniliyin tətbiqindən sonra ilin əvvəlində sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarında da limitin yenilənməsi prosesi avtomatik həyata keçəcək. Belə ki, abonentlərlə birlik əməkdaşları arasında təmas minimuma endiriləcək, sərf olunmuş təbii qazın dəyəri artıq məsafədən hesablanacaq. Bu pilot layihə 90 faiz uğurlu nəticələnəcək. Növbəti mərhələlərdə layihənin digər ərazilərdə də tətbiqinə başlanılacaq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir