Siyasət

ABŞ Bakıdakı hotellərin birində Azərbaycandakı agentura şəbəkəsi ilə görüşəcək – FOTO

Sharing is caring!


ABŞ-nin Azərbaycandakı Səfirliyi ABŞ-də təhsil almış azərbaycanlı məzunlarla görüş keçirəcək.

“Qafqazinfo” noyabrın 27-də Bakıda məşhur “JW Marriott Absheron” hotelində baş tutacaq görüşlə bağlı bir sıra maraqlı məqamları əldə edib.

Məsələ burasındadır ki, tədbirin adı sözdə “məzunlarla görüşdür”.

Reallıqda isə bu, ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsinin bir araya gəlməsidir.

Aydın məsələdir ki, son günlərdə Azərbaycanla ABŞ arasında siyasi gərginlik hiss olunur. Bu gərginliyin nəticəsidir ki, istər Qərbdən, istərsə də ABŞ-nin özündən ölkəmizə qarşı ikili standartlar sərgilənir.

Təcili görüşün təşkil olunması da ABŞ-nin ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkəsinin tədricən ifşa olunmasından qaynaqlanır. Bu görüşdə ABŞ-də təhsil almış, əslində isə təhsil adı altında ABŞ-də olarkən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslər iştirak edəcəklər.

Artıq iştirakçılara “Məzunların yubiley qalası” adlı dəvətnamə də göndərilib. “Tədbir” həmin gün 18:30-da başlayacaq. 

Əldə etdiyimiz məlumata görə, Azərbaycanın hüquq-mühafizə orqanları artıq məsələdən məlumatlıdır, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir