Cəmiyyət

Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandıracaqlar – FOTO

Sharing is caring!


Sentyabrın 8-də saat 11:00-dan saat 12:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində (https://www.instagram.com/prokurorluq/) canlı yayım keçiriləcək.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Canlı yayım zamanı İstintaq İdarəsinin rəisi Nemət Əvəzov, Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi Orxan İsayev, Kadrlar İdarəsinin rəisi Natiq Hüseynov və Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev canlı yayıma çıxaraq vətəndaşları maraqlandıran sualları cavablandıracaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir