Cəmiyyət

Xaçmaz sakininə parklanma cəriməsi ilə bağlı yanlış bildiriş gəlib – FOTO

Sharing is caring!


Xaçmaz sakininə parklanma cəriməsi ilə bağlı yanlış bildiriş gəlib.

Lent.az xəbər verir ki, telefonuna bildiriş gələn B.Rzayev qeyd edib ki, dayanma-durma qaydası pozuntusu Bakıda, Lökbatan qəsəbəsində “Mercedes-Benz” markalı avtomobil tərəfindən qeydə alınıb:

“Qayda pozuntusu Lökbatan dairəsində qeydə alınıb. Həmin “Mercedes-Benz” markalı avtomobilin dövlət qeydiyyat nişanı 90-TX-476-dır. Amma cərimə mənim “Opel” markalı 99-TX-478 dövlət qeydiyyat nişanlı maşınıma gəlib”.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu foto və videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış elektron qərar çıxarılıb. Məsələ araşdırılıb və texniki xəta aradan qaldırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir