Dünya

İranda tənqidi material dərc edən xəbər saytı bağlandı – FOTO

Sharing is caring!


İranda tənqidi material dərc edən “Entexab” saytı bağlanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, xəbər saytının “İran brendinin hərracı”, “İranın xarici siyasəti niyə bu qədər zəifləyib?” başlıqlı video və reportajı yayımlamasından sonra fəaliyyəti dayandırılıb.

Saytın bağlanmasına əsas səbəblər kimi İranın milli maraqlarına, xarici siyasətinə zidd və İran valyutasının dəyərdən düşməsi ilə əlaqədar materiallar dərc etməsi göstərilir.

Qeyd edək ki, sözügedən media qurumu İranın keçmiş prezidentləri Əli Əkbər Haşimi Rəfsəncani və Həsən Ruhaniyə yaxın mövqeyi ilə tanınır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir