Cəmiyyət

Son bir ayda peşə kurslarına cəlb olunanların sayı açıqlandı

Sharing is caring!


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin avqust ayı ərzində 1 444 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Onlardan 500 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay, 944 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilir.

Kursları bitirənlərin yiyələndikləri yeni peşələr üzrə işlə təminatına dəstək verilməsi istiqamətində tədbirlər görülür. Ötən ay peşə hazırlığı kursları başa çatan 834 nəfərdən artıq 795 nəfəri (95,3 faizi) işlə təmin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir