İdman

“Qəbələ”dən yeni transfer

Sharing is caring!


“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

“Qafqazinfo” xəbər verir ki, “qırmızı-qaralar” Samuel Tettehin keçidini gerçəkləşdiriblər. 27 yaşlı qanalı hücumçu ilə iki mövsümlük müqavilə imzalanıb.

Samuelin son klubu “Adanaspor” olub. 2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib. 

Qananın U-20 yığmasında da oynamış hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir