Cəmiyyət

Müdafiə Nazirliyi ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə bağlı məlumat yaydı – FOTO

Sharing is caring!


Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim toplanışında hərbi vəzifəlilərlə sıra və rabitə hazırlığı məşğələləri təşkil olunur, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları öyrədilir.

Toplanışın keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir