Cəmiyyət

60 yaşlı Şirvan sakini qətlə yetirildi

Sharing is caring!


Şirvan sakini qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini Y. Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

APA-nın məlumatına görə, Şirvan sakini, 1963-cü il təvəllüdlü Yavər Kamil oğlu Bağırov mübahisə zəminində boğazından bıçaqlanıb. O, yaralı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, bir neçə dəqiqədən sonra orada ölüb.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Şirvan şəhər sakini Elşən İslamov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir