Siyasət

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması bayram günləri ilə bağlı tədbirlər keçirib – FOTO

Sharing is caring!


Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən ölkəmizdə, eləcə də Türkiyə, Macarıstan, Avstriya, Estoniya və Gürcüstanda 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Böyük qürur və iftixar rəmzi olan Zəfər Günü və Bayraq Gününə həsr olunan tədbirlərdə azərbaycanlı və əcnəbi tələbələr, məzunlar iştirak edərək əzəli Azərbaycan torpaqları uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İştirakçılar müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti ilə qazanılan Zəfərin üçüncü ildönümü münasibətilə həmrəylik və fəal təmsilçilik şüarları altında bir araya gəliblər.

Qardaş Türkiyənin İstanbul və Sivas şəhərlərində silsilə tədbirlər təşkil edilib. Türkiyənin İstanbul şəhərində Bahçeşehir Universitetində azərbaycanlı gənclərin iştirakı ilə Qarabağda yenidənqurma mövzusunda universitetin professorlarının iştirakı ilə müzakirələr aparılıb. Sivas şəhərində Cümhuriyyət Universitetində isə azərbaycanlı gənclərin iştirakı ilə Zəfər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Zəfər Gününün tarixi, münaqişədən sonra Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı təqdimatlar nümayiş etdirilib.

Macarıstanın paytaxtı Budapeştdə ASAP və Azərbaycan Macarıstan Məzunlar Birliyinin (AHAU) birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər Hiking yürüşü” keçirilib. Yürüşdə Budapeştdə yaşayan azərbaycanlı gənclərlə yanaşı, xarici ölkələrin tələbə və məzunları da iştirak edərək Macarıstanın qədim şəhərlərindən biri və eləcə də Şuşanın əkiz şəhəri adlandırılan Gyöngösi şəhərində müəyyən olunmuş marşrutla Kekestoto zirvəsinə qalxıblar. Gyöngösi və Şuşa şəhərləri müvafiq olaraq Macarıstanın və Qarabağ silsiləsinin ən yüksək zirvələrinin yerləşdiyi ərazilərdir və “Zəfər Hiking yürüşü” məhz bu marşrut üzrə təşkil edilib. Yürüş zamanı xarici ölkələrin gənclərinə ölkəmizin tarixi, mədəniyyəti, İkinci Qarabağ müharibəsinin həqiqətləri və Zəfər Günü ilə bağlı məlumat verilib.

Estoniyanın Tartu şəhərində azərbaycanlı gənclərin iştirakı ilə Qarabağda yenidənqurma və bərpa mövzusunda müzakirə keçirilib. Müzakirədə münaqişədən sonra regionda görülən işlər, Böyük Qayıdış siyasəti çərçivəsində aparılan genişmiqyaslı layihələrlə bağlı təqdimatlar və müzakirələr baş tutub.

ASAP Avstriya nümayəndəliyi tərəfindən Vyananın müxtəlif yerlərində azərbaycanlı gənc musiqiçilər tərəfindən Zəfər Günü münasibətilə musiqilər ifa edilərək videolayihə hazırlanıb.

Gürcüstanda yaşayan azərbaycanlı gənclərimiz Tiflis şəhərində  yerləşən Azərbaycan səfirliyində bir araya gələrək Zəfər Gününü qeyd ediblər. Tədbirdə 44 gün davam edən haqq savaşında xalq-ordu-dövlət birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, antiterror əməliyyatları zamanı qazanılan qələbədən bəhs olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gənclər Fondu, ADNSU-nun, Azərbaycan-Fransa Məzunlar Assosiasiyasının dəstəyi, ASAP və Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qarabağda yenidənqurma” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirədə ADNSU-nun rektor vəzifələrini icra edən, YAP İdarə Heyətinin üzvü Vazeh Əsgərovun, Qarabağ Dirçəliş Fondunun şöbə müdiri Pərvin Məmmədovanın, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Leyla Sarabinin, Böyük Qayıdış Gənclər Təşkilatının sədri Nail Şükürovun və ASAP-ın sədr müavini Rafael Hacıbəylinin çıxışları dinlənilib. Vurğulanıb ki, bu Zəfər xalqımızın vətənpərvərliyini və qəhrəmanlığını bütün dünyaya göstərdi. Bu tarixi Zəfərin ardınca 2023-cü ilin sentyabrın 19-da müzəffər Ordumuzun 24 saatdan az müddətdə apardığı antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan silahlı birləşmələri təslim oldu, ölkəmizin bütün ərazisində suverenliyimiz tam təmin edildi.

Sonda Zəfər tariximizə həsr olunan videoçarx nümayiş olundu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir