Cəmiyyət

Azərbaycanda casusluq əməllərinin törədilməsində ittiham edilən şəxslə bağlı materiallar məhkəməyə göndərilib

Sharing is caring!


Azərbaycan Respublikası ərazisində casusluq cinayət əməllərinin törədilməsində ittiham edilən Mohammad Ghaedinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, istintaq orqanı tərəfindən Mirhəsən Mirəyyub oğlu Haşimimüqəddəmin işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Cavid Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Məlumata görə, toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.

Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir