İqtisadiyyat

Hesablama Palatası yarım milyard manatlıq maliyyə pozuntusu aşkarlayıb

Sharing is caring!


Hesablama Palatası tərəfindən 2022-ci ildə aparılmış uyğunluq auditləri ilə aşkar edilmiş maliyyə pozuntularının həcmi məlum olub.

APA xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.

Maliyyə pozuntularının ümumilikdə məbləği 481,2 milyon manat müəyyən edilib. Bunun 131,3 milyon manatı tədbir müəyyən edilmiş məbləğ, 349,9 milyon manatı isə tədbir (bərpa) üçün əsasların müəyyən edilməsi mümkün olmayan vəsaitdir. 131,3 milyon manatdan isə 46,1 milyon manatının bərpası müəyyən edilib, 85,2 milyon manatı üçün isə digər tədbir müəyyən edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir