Siyasət

Prezident: “Azərbaycan-Çin münasibətləri qarşılıqlı hörmət və dostluq üzərində qurulub”

Sharing is caring!


“Ulu öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.

Əməkdaşlığımızın təməlinin məhz o vaxt qoyulduğunu, bu gün ölkələrimiz arasında əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir