MARAQLI

Makron müşavirlərindən deyil, “ChatGPT”dən kömək istədi – FOTO

Sharing is caring!


Fransa Prezidenti Emmanuel Makron süni intellekt çatbotu olan “ChatGPT” ilə danışıb və ondan Aİ-nin texnoloji inkişaf perspektivləri barədə soruşub.

O, öz dialoqunu “Twitter”də yayımlayıb.

“Avropalılar, gəlin qabaqcıl texnologiyalara investisiya qoymağa və əməkdaşlığa davam edək. Biz perspektivli şirkətlərlə ön sıralarda ola bilərik”, – deyə Makron çatbotla dialoqu şərh edərkən bildirib.

Ekran görüntüsündə Makron ChatGPT-dən soruşur: “Bir sözlə, qabaqcıl texnologiyalarla vəziyyət Avropada necədir?”

“Rəqabətədavamlı”, – deyə çatbot cavab verib.

O, fransızların və niderlandlıların texnoloji inkişafın ön sıralarında ola biləcəyini izah edib.

“Avropa rəqabətədavamlıdır, hətta süni intellekt də bunu təsdiqləyir!” – deyə Fransa lideri sözlərini yekunlaşdırıb.

Məbbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir