Cəmiyyət

Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb – YENİLƏNİB

Sharing is caring!


Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 3-də Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Bulaqotağı kəndi ərazisindən keçən hissəsində batan bir nəfərin axtarışları başa çatıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

10:12

Ağdaşda 28 yaşlı oğlan su kanalında batıb.

Qafqazinfo.az-ın məlumatına görə, Goranboy rayon sakini Daşqın Bəxtiyarov Şirvan su kanalında boğulub.

Ötən gecədən kanalda boğulan şəxsin hələ ki, meyiti tapılmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir