Cəmiyyət

Bədəni yanan daun sindromlu körpənin anası: “Müalicəni etmək üçün imkanımız yoxdur” – FOTO

Sharing is caring!


Bədəni yanan daun sindromlu körpənin yardıma ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Kəsirə Şirəliyeva məlumat verib.

O bildirib ki, övladı 5 ay əvvəl yanıq xəsarətləri alıb.

“Rüxsarə mart ayında üzərinə isti su dağılaraq yanmışdı. Sizin saytın oxucularının köməkliyi ilə biz həmin dövrdən çıxa bildik. Övladım müalicə aldı. Rüxsarənin müalicələrini davam etdirməliyik. Bunun üçün isə imkanımız yoxdur. Hazırda müalicəni davam etdirə bilmək üçün 650 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizi birlikdə çıxdığımız yolda yarıda qoymamaqlarını xahiş edirəm”

Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb. Yanıq xəsarətləri və anemiya ilə bağlı təyin olunacaq stasionar terapevtik və stasionar cərrahi xidmətlərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində Xidmətlər Zərfi çərçivəsində yararlana biləcəyi barədə ailəyə məlumat verilib. Lakin valideyn ambulator müalicə almaq üçün dərmanlarla bağlı köməklik edilməsini istəyib. Validyenə ambulator müalicə üçün təyin olunan dərman preparatlarının və genetik analizlərin Xidmətlər Zərfində təminata alınmadığı bildirilib.

Ailə ilə əlaqə: (050) 976-70-39

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir