Cəmiyyət

“Kürü keçək?!” yarışının ən yaşlı iştirakçısı: “Bəzi gənclərə meydan oxuya bildim”

Sharing is caring!


“Gənclərlə mübarizə aparmaq gözəl idi, özümü gənc hiss edirəm. Bəzi gənclərə meydan oxuya bildim”.

Bunu “Report”un Mingəçevirə ezam olunmuş əməkdaşına açıqlamasında “Kürü keçək?!” açıq suda üzmə yarışının ən yaşlı iştirakçısı Vaqif Nəsibov deyib.

72 yaşlı üzgüçü ötən il təşkil edilən ilk yarışa da qatıldığını söyləyib:

“Artıq ikinci ildir ki, iştirak edirəm. Bu il hazırlıqlı gəlmişdim. Ötən il təsadüfən eşitdim, sonra yarışa qatıldım. Amma zəif təsir bağışladığımı hiss etdim. Sağ olsunlar, gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Su İdman Sarayının müdiriyyəti. Onlar mənə məşq keçmək üçün şərait yaratdılar. Bir il idi, hazırlaşırdım. Ona görə də bu dəfə tam hazır idim. Fərqi də hiss etdim. Çünki məsafəni daha asan qət etdim. Üstəlik, iştirakçıların sayı iki dəfə çoxalmışdı və yaş kateqoriyası genişlənmişdi. İstənilən halda yaş da öz sözünü deyir. Əsas qələbə yox, iştirakdır”.

Vaqif Nəsibov 25 il Azərbaycan millisinə rəhbərlik etdiyini xatırladıb:

“Uşaqlıqdan üzgüçülüklə məşğul olmuşam. Əməkdar məşqçiyəm. Uzun illər məşqçi işləmişəm. Təkcə 25 il millinin baş məşqçisi olmuşam. Həyatım üzgüçülüyə həsr olunub. Bu yarışda da tələbələrim var idi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir