Cəmiyyət

Pis vərdişlərdən müalicə alanların bir günü – VİDEO

Sharing is caring!


Baku TV Azad İnsanlar Reabilitasiya və Sosial Uyğunlaşma mərkəzində müalicə alan şəxslərin bir günü ilə bağlı reportaj hazırlayıb.

Reportajda mərkəzdə müalicə alan şəxslərin gündəlik məşğuliyyətlərindən bəhs olunub.

Bildirilib ki, mərkəzdə narkotik vasitələr, spirtli içki, qumar və digər pis vərdişlərdən əziyyət çəkən insanların müalicəsi həyata keçirilir.

Reabilitasiya Mərkəzinin təsisçisi Araz Şıxlinski qeyd edib ki, pasiyentlər günlərinə hovuzda üzməklə başlayırlar:

“Çünki pis vərdişlərlərdən asılılığı olan insanlar çox vaxt yuxudan neqativ hisslərlə oyanırlar. Bu vəziyyətdə çox qalmamaq üçün biz qrup şəklində pasiyentləri həyətə çıxarırıq, həm hava alırlar, həm də hovuzda üzməklə əhvalları düzəlir. Müalicə alan şəxslər hovuzdan sonra dərs otaqlarında gündəlik düşünmə proqramlarımızı oxuyurlar. Yəni bizdə hər günün öz mövzusu var, pasiyentlər onu oxuduqdan sonra motivasiyalarını alırlar və günün rejiminə qoşulurlar”, – A.Şıxlınski əlavə edib.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir