İdman

Tahir Gözəl: “Çox ağır oyun oldu, lakin biz bunu bacardıq”

Sharing is caring!


“Bu tarixi bir gündür. Mən bu gün öz meydanımızda bu sevinci yaşadığım üçün qürur hissi keçirirəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl Bakıda Sloveniyanının “Olimpiya” klubuna qarşı keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan (1:1, ilk matç – 0:2) sonra jurnalistlərə açıqlamasında deyib.

Klub rəhbəri komandanı təbrik edib:

“Əmin olun ki, Azərbaycanı və “Qarabağ” bütün dünyada tanınır. Komandamı təbrik edirəm. “Olimpiya” heç də zəif deyildi. Çox ağır oyun oldu, lakin biz bunu bacardıq. Qurban Qurbanov öz məharətini bir daha hər kəsə göstərdi”.

Tahir Gözəl klubun transfer çalışmaları barədə danışıb:

“Transfer məsələlərini Qurban Qurbanov həyata keçirir. Bunun üçün bizim müəyyən büdcəmiz var. Hazırda maddi baxımdan bir sıxıntımız yoxdur. Təbii ki, komandamıza gələn hər kəs artıq bizim oyunçumuz sayılır”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir