Dünya

İndoneziyada insanların kütləvi təxliyəsinə başlanılıb

Sharing is caring!


İndoneziyanın şərqində 2 200-dən çox insan müvəqqəti sığınacaqlara təxliyə edilib.

Buna səbəb Levotobi vulkanında aktivliyin artmasıdır.

İndoneziyanın Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzindən verilən məlumata əsasən, Levotobi vulkanı son həftələrdə bir neçə dəfə püskürüb.

Yanvarın 1-də baş verən püskürmə xüsusilə güclü olub. Püskürmə zamanı vulkanik kül dağın zirvəsindən 1,5 kilometr hündürlüyə qalxıb.

Mənbə: CNA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir