Cəmiyyət

Bakıda binanın zirzəmisində obyekt tikilir – VİDEO

Sharing is caring!


Bakıda doqquzmərtəbəli binanın zirzəmisində tikinti işləri aparılır.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, zirzəmidə iaşə obyekti tikilir.

Onların sözlərinə görə, hətta binanın sütununa da müdaxilə edilib.  

Hadisə paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon, Mirmahmud Kazımovski küçəsi 31 ünvanında baş verib.

Sakinlər hesab edirlər ki, əgər tikinti dayanadırılmasa, bina təhlükəli vəziyyətə düşə bilər.

Zirzəmidə tikinti apardığı iddia edilən Bəhmən adlı şəxs qeyd edib ki, aparılan işlərdən aidiyyəti qurumların məlumatı var.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin böyük məsləhətçisi, memar Ələsgər Rüstəmov bildirib ki, zirzəmidə görülən işlər dayandırılıb və məsələ nəzarətə götürülüb.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir