Cəmiyyət

Saray qəsəbəsində quraşdırılan küçə lampalarına uzun müddətdən sonra elektrik enerjisi verilib – FOTO

Sharing is caring!


Abşeron rayonu, Saray qəsəbəsinin Mikayıl Müşfiq küçəsində quraşdırılmış dirəklərdəki işıq problemi aradan qaldırılıb.

Bu barədə “Report”un yerli bürosuna qəsəbə sakinləri məlumat verib.

Əraziyə yolboyu quraşdırılan işıq dirəklərinin lampalarına uzun müddətdən sonra ilk dəfə elektrik enerjisi verilib.

Sakinlər deyiblər ki, uzun illərdən sonra əraziyə işıq dirəkləri quraşdırılsa da, lampalar elektrik enerjisinə qoşulmadığından küçə bir müddət qaranlıq olub. Buna görə də yolda mütəmadi olaraq yol-nəqliyyat hadisələrinə rast gəlinib. Onlar dəfələrlə aidiyyəti qurumlara küçənin işıqlandırılması ilə bağlı müraciət etsələr də, sakinlərə heç bir cavab verilməyib.

Bir müddət əvvəl qəsəbə sakinlərinin müraciətindən sonra onların problemi mediada dərc olunub və bundan sonra aidiyyəti qurumlar işıq dirəklərindəki lampaların elektrik enerjisinə qoşulmamasının səbəbini açıqlayıb.

Həmin vaxt qeyd edilib ki, Mikayıl Müşfiq küçəsində təmir-abadlaşdırma işləri həyata keçirilir deyə, təhlükəsizlik baxımından küçə işıqları qoşulmayıb. Amma qısa müddət ərzində problemin aradan qaldırılacağı və ərazinin işıqlandırılacağı bildirilib.

Artıq ötən gündən etibarən işıq dirəkləri işlək vəziyyətə gətirilib və bununla da Mikayıl Müşfiq küçəsi işıqlandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir