Cəmiyyət

Başından qaynar su tökülən Narının yardıma ehtiyacı var – FOTO

Sharing is caring!


Bir yaşlı Narın bədbəxt hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a onun anası Tünzalə Soltanova məlumat verib.

O qeyd edib ki, 2022-ci il təvəllüdlü övladı Narın Soltanova ağır yanıq xəsarətləri alıb:

“Biz Hacıqabul şəhərində yaşayırıq. İyulun 17-də tərəvəz konservləşdirərkən qaynatdığımız isti su övladımın üstünə töküldü. Həmin vaxt rayon xəstəxanasına yollansaq da, səhəri gün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. O, həmin tarixdən xəstəxanada müalicə alıb. Daha sonra maddi cəhətdən çətinlik çəkdiyimiz üçün xəstəxananı tərk etdik. Hazırda övladımın müalicələrini davam etdirmək üçün 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayaraq Xidmətlər Zərfi çərçivəsində TƏBİB tabeli tibb müəssisələrində stasionar terapevtik və stasionar cərrahi xidmətlərdən yararlana biləcəyi barədə məlumat verilib. Ambulator müalicə üçün təyin olunan dərman vasitələrinin Xidmətlər Zərfində təminata alınmadığı bildirilib.

Ailə ilə əlaqə: (077) 592-43-03

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir