Cəmiyyət

Oğuzda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb – FOTO

Sharing is caring!

Oğuzda iki minik avtomobili toqquşub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, “Opel Astra” və “Volkswagen Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir